Biləsuvar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, qəza zamanı traktorla "Mercedes" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar rayon xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.




USD
EUR
GBP
RUB