Tərtər rayonunun Suqovuşan qəsəbəsi ərazisində yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Nazirlikdən SİA-ya verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının mina və partlamamış sursat təhlükəsi olan, quru ot və kol-kos ərazidə baş verdiyi məlum olub.

Yanğın Nazirliyin qüvvələri tərəfindən operativ və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində quru ot və kol-kos sahəsi yanıb.

Yanğının ətraf ərazilərə və avtomobil yollarına keçməsinin qarşısı alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə