DİN döyülmə faktına münasibət bildirib

DİN döyülmə faktına münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə səhifələrində həkim Esmira Qurbanovanın 5 naməlum qadın tərəfindən övladının, anasının və anasının rəfiqəsinin döyülməsi iddialarına münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev SİA-ya bildirib ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib.

"Belə ki, vətəndaş E.Babayevanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb. Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - DİN rəsmisi vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə