Latviya Dövlət Təhlükəsizliyi Xidməti Rusiyadan ölkə ərazisinə getdikcə daha çox olan KİV-lərin köçürülməsi ilə bağlı risklər barədə hakimiyyət orqanlarına xəbərdarlıq edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə LSM portalı məlumat yayıb.
Saytın məlumatına görə, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri iki yüzdən çox rusiyalı jurnalist və 23 media orqanı Latviyaya köçüb. Onların bəziləri hətta Riqadan işləməyə davam edirlər.
Qeyd edək ki, Latviya Dövlət Təhlükəsizlik Xidməti bu addımı bütün bu baş verənləri ölkə üçün elə də yaxşı hal kimi dəyərləndirmir.
Yeri gəlmişkəb, Latviya avqustun 1-dən etibarən Rusiya Federasiyası ilə sərhədyanı rayonların sakinləri üçün sadələşdirilmiş gediş-gəliş haqqında sazişin fəaliyyətini dayandıracağı məlum olub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB