Zaqatalada 39 yaşlı kişini maşın vuraraq öldürüb. SİA-nın şimal-qərb bürosunun xəbərinə görə, hadisə Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Dağlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Rayon sakini Bilal Hilalov idarə etdiyi “Opel” markalı minik avtomobili ilə piyada 1983-cü il təvəllüdlü Dağlı kənd sakini Osman Hacı oğlu Məhərrəmovu vurub. O. Məhərrəmov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB