Novxanı çimərliyində də gənc oğlan dənizdə batıb

Novxanı çimərliyində də gənc oğlan dənizdə batıb

Abşeron çimərliyində gənc oğlan dənizdə batıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1500 metr aralı - nəzarətsiz ərazi) 1998-ci il təvəllüdlü Cəfərov Əkram Naib oğlunun batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə