Goranboyda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
SİA APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Opel” markalı minik maşını ilə “Ford” markalı yük avtomobili toqquşub.
Qəza zamanı minik maşınında olan 2 nəfər hadisə yerində ölüb, 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB