Baba, nənə və nəvələr...

Sankt-Peterburqdan olan 5 nəfərlik ailə Kubanda avtomobil qəzasında həlak olub.

Krasnodar diyarı prokurorluğunun məlumatına görə, avtomobildə nənə, baba və 8, 11 və 14 yaşlı nəvələri olub.

Bu gün saat 16:20 radələrində Roqovskaya-Primorsko-Axtarsk avtomobil yolunda Roqovskaya kəndi ilə Reçnaya Balka ferması arasında peterburqlu "Ford Focus" markalı avtomobil qarşıdan gələn zolağa çıxaraq yük maşını ilə toqquşub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, beş nəfər yerindəcə dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin məlumatına görə, qəzaya qarşı hərəkət zolağına çıxan avtomobilin sürücüsü səbəb olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə