56 yaşlı kişini avtomobil vurub

Bakı-Şamaxı yolunda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

SİA-nın əldə etdiyi məlumata görə, 1966-cı il təvəllüdlü Salmanov Səməd Fərrux oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə