Səkkizinci mərtəbədən yıxılan uşaq...

Səkkizinci mərtəbədən yıxılan uşaq...

Ufanın Leninski rayonunda bir yaş yarımlıq uşaq səkkizinci mərtəbənin pəncərəsindən yıxılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə GTRK.TV şəhər Mülki Müdafiə İdarəsinə istinadən xəbər verir.

İlkin məlumata görə, uşaq evdə ana və nənəsi ilə olub. Onlar uşağa nəzarəti necə itirdiklərini izah edə bilməyiblər. Dərhal təcili yardım çağırsalar da, gələn həkimlər uşağı xilas edə bilməyiblər. Bir yaş yarımlıq uşağın öldüyü bildirilib.

Qeyd edək ki, bir müddət bundam əvvəl Leninqrad vilayətində bir yaşlı uşaq 3-cü mərtəbənin hündürlüyündən yıxılsa da amma sağ qalmışdı.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə