Samuxda baş verən yanğında bir nəfər xəsarət alıb

Samuxda baş verən yanğında bir nəfər xəsarət alıb

Samuxda yanğın olub, bir nəfər xəsarət alıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Samux şəhərində ümumi sahəsi 12 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb, yüksək temperaturdan bitişik, ümumi sahəsi 250 m² olan birmərtəbəli evin dəhlizinin lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə