Bakıda marşrut avtobusu yanıb.
Bakı Nəqliyyat Agentliyindən SİA-ya verilən məlumata görə, bu gün saat 12:00 radələrində Salyan şosesinin Bibiheybət məscidinin qarşısından keçən hissəsində "BMH" MMC-nin istismarında olan 120 nömrəli müntəzəm marşrut xətti üzrə 01 BS 785 DQN-li avtobusun mühərriki yanıb.
Yanğın avtobus yaranmış texniki nasazlıqla əlaqədar xətdən kənarlaşdırılaraq qaraja yollanan zaman baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin avtobus yararsız hala düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB