Oğuzda 29 yaşlı kişi bıçaqlanıb.
SİA APA-ya istinadən xəbər verir ki, Muxas kənd sakini, 1993-cü il təvəllüdlü Camal Maarif oğlu Əkbərovu qardaşı Şamo Əkbərov bıçaqlayıb.
O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Camal Əkbərova lazımi ilkin tibbi yardım göstərilib.
Onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB