Jurnalistlər binasında yanğın olub

Jurnalistlər binasında yanğın olub

Bakıda jurnalistlərə verilən binada yanğın olub. SİA-nın verdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib.

Hadisə şahidlərinin dediyinə görə, jurnalistlər şəhərciyində 1-ci binanın 13-cü mərtəbəsində qəfil yanğın başlayıb. Ümumi sahəsi 60 m² olan mənzilin eyvanında quraşdırılan 1 ədəd kombi aparatı və 2 m² sahədə ev əşyaları yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.

Bildirilib ki, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə