Bu ilin 6 ayı ərzində Bakı şəhəri üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2 639 fakt qeydə alınıb.
SİA-nın məlumatına görə, bunu bu gün keçirilən əməliyyat müşavirəsində Bakı şəhər prokuroru Elşən Abbasov deyib.
Şəhər prokuroru bildirib ki, həmin hadisələrdən 933 fakt satışla bağlı olub.
O qeyd edib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının satışı ilə məşğul olan mənbələrin müəyyən edilməsi ilə bağlı əməliyyat–istintaq tədbirləri daha da gücləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB