Ətraf mühiti çirkləndirənlər cəzalandırıldı

Ətraf mühiti çirkləndirənlər cəzalandırıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan SİA-ya bildiriblər ki, keçirilən tədbirlər zamanı məişət tullantılarını hara gəldi atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.

Onlarla izahedici söhbətlər aparılıb və ümumilikdə 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə protokol tərtib edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə