Avtomobil polis əməkdaşını vurub

Avtomobil polis əməkdaşını vurub

Bakıda avtomobil polis əməkdaşını vurub.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Hövsan qəsəbəsində avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Məmmədov Təmkin Babək oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və sol said sümüklərinin yerdəyişən sınıqları diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com