İmişlidə çay evi yanıb

İmişli şəhərində ümumi sahəsi 80 m² olan birmərtəbəli obyektin (fəaliyyət göstərməyən çay evi) yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə