İki nəfəri avtomobil vurub

Bakının Binəqədi və Səbail rayonlarında yol qəzaları zamanı iki nəfər xəsarət alıb.

SİA APA-ya istinadən xəbər verir ki, hər iki hadisə yolun piyada üçün müəyyən edilməmiş hissəsində qeydə alınıb.

Belə ki, Biləcəri qəsəbəsində 1974-cü il təvəllüdlü Verdiyeva Aynurə Vəli qızını avtomobil vurub.

Digər analoji hadisə Botanika bağının qarşısında baş verib.

1992-ci il təvəllüdlü Hümbətli Sevinc Rüfət qızı yolu keçərkən onu avtomobil vurub.

Hər iki yaralı ağır vəziyyətdə 1 nömrəli xəstəxənanın reanimasiya şöbəsinə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə