Xaçmazda meşəlik ərazidə baş verən yanğın söndürülüb

Xaçmazda meşəlik ərazidə baş verən yanğın söndürülüb

Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb. FHN-nin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təxminən 9 hektar sahədə kol-kos və əsasən qurumuş ağaclar yanıb. Sıx meşəlik və əkin sahələri, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə