Sumqayıtda qətl hadisəsinin üstü açılıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, idarənin 4-cü polis bölməsinə iyulun 10-da saat 14 radələrində şəhər sakini İsrayıl Quliyevin ölməsi barədə məlumat daxil olub. Şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalar nəticəsində Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E. Pirqurbanın münaqişə zəminində İ. Quliyevi bıçaqla öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E. Pirqurban şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB