Bakıda ağaclıq ərazidə baş vermiş yanğın söndürülüb

Bakıda ağaclıq ərazidə baş vermiş yanğın söndürülüb

Bakı şəhərinin Binəqədi rayonunda Xocəsən dairəsinin yaxınlığında ağaclıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ilkin məlumata əsasən, təqribən 700 kvadratmetr sahədə quru ot və ağaclar yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə