Avtobusun təkəri partlayıbmış...

Avtobusun təkəri partlayıbmış...

Uqandanın mərkəzində yük maşını və mikroavtobusun toqquşması nəticəsində azı 9 nəfər ölüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri bazar günü Uqanda polisinə istinadən “Sinxua” agentliyi yayıb.

Onun sözlərinə görə, qəza iyulun 9-da Luviro şəhəri yaxınlığında baş verib. Ölənlərlə yanaşı, daha 5 nəfər yaralanıb.

Aparılan ilkin tədqiqat zamanı avtobusun təkərinin partladığı müəyyən edilib. İdarəetməni itirən nəqliyyat vasitəsi ona doğru hərəkət edən yük maşını ilə toqquşub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə