Azərbaycana xam şəkər daşıyan üç yük vaqonu aşıb

Azərbaycana xam şəkər daşıyan üç yük vaqonu aşıb

Salyan lokomotiv deposuna məxsus olan və Bakı-İmişli istiqamətində hərəkət edən teplovoz Saatlı rayonu ərazisində qəzaya uğrayıb, teplovoza qoşulmuş 20 vaqondan üçü aşıb, bir vaqon isə relsdən düşüb. Bu barədə SİA-ya DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov bildirib.

Hadisə zamanı itki və xəsarət alan olmayıb.

Faktla bağlı Nəqliyyatda Baş Polis İdarəsinin İmişli xətt Polis Şöbəsində araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə