Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə rayon sakini, əvvəllər məhkumluğu olan Rauf Əliyev saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd "Kalaşnikov" markalı avtomat silahı, 105 ədəd patron və 2 ədəd patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB