Sevgilisi tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb

Sevgilisi tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb

Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Xəbər verdiyimiz kimi, iyulun 3-ü 18 radələrində rayonun Zığ qəsəbəsində yaşadığı evdə tanışı olan Sahil Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində çoxsaylı bıçaq xəsarətləri alan 1985-ci il təvəllüdlü Aynurə Əliyarova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq o, iyulun 5-də xəstəxanada dünyasını dəyişib.

1978-ci il təvəllüdlü Sahil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com