İstanbulda ağır yol qəzası olub, ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərində yol kənarında işləyən fəhlələrə avtomobil çırpılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.

Məlumata görə, 34 EIG 330 dövlət nömrə nişanlı yüngül avtomobilinin sürücüsü naməlum səbəbdən idarəetməni itirib. Sürücünün idarəetməsindən çıxan avtomobil əvvəlcə şlaqbaumlara çırpılıb, daha sonra viadukda işləyən fəhlələrin üzərinə aşıb. Qəza törədən maşın işçilərin istifadə etdiyi kran maşınına çırpılaraq dayanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...