Füzuli rayonunda kanaldan naməlum kişi meyiti tapılıb

Füzuli rayonunda kanaldan naməlum kişi meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, meyitin kanaldan çıxarılmasına kömək məqsədilə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə