Bakıda gənc oğlan boğazından bıçaqlanıb

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu Bazarında qeydə alınıb.

2000-ci il təvəllüdlü İsmayılov Yaşar Vüqar oğlu naməlum şəxs tərəfindən boğaz nahiyəsindən bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə