Mikroavtobus qəzasında 3 nəfər xəsarət alıb

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan şosesində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus ilə "Opel Astra" markalı minik avtomobili toqquşub. Qəza nəticəsində mikroavtobusda olan yeddi sərnişindən üçü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...