Üç avtomobil toqquşub, xəsarət alanlar var

Bakının Nərimanov rayonunda yol qəzası zamanı 3 nəfər xəsarət alıb.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomobilini idarə edən sürücü 20 yanvar dairəsi istiqamətində hərəkətdə olan zaman sükana nəzarəti itirib.

Nəticədə yolayırıcındakı arakəsməyə dəyən avtomobil əvvəlcə eyni markalı nəqliyyat vasitəsinə sonra “Mazda” markalı maşına çırpılıb.

Qəza zamanı “Hyundai”-da olan 3 sərnişin xəsarət alıb.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Qəza səbəbindən yolda tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə