Yolda təmir edən şəxs iki maşın arasında qalaraq ölüb

Goranboyda yol qəzası olub.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.

Hərəkətdə olan “Shacman” markalı yük maşını nasaz olduğu üçün dayanıb.

Yevlax rayon sakini 50 yaşlı Kərimov Kənan yolda nasaz olan yük maşının arxa hissəsində təmir işləri aparan zaman “Mercedes” markalı yük maşını “Sahcman”a çırpılıb.

Ağır bədən xəsarətləri alan usta K.Kərimov xəstəxanaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə