Yolu keçən gənc oğlanı avtomobil vurub

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1999-cu il təvəllüdlü Abidinli Ülvi Ənvər oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə