Amerikalı serial ulduzu çayda boğulub

Amerikalı “Təcili yardım” serialının aktrisası Merı Marı çayda boğulub. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Nyu-York ştatının polisi məlumat verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 61 yaşlı aktrisa bazar günü səhər Keyp Vinsentdə Sent Lourens çayında çimərkən boğulub.

Merinin meneceri Kreyq Dorfman, “...Meri indiyə qədər tanış olduğum ən yaxşı aktrisalardan biri idi. O, enerjili, gülməyi sevən və real insan idi. Hamı onu sevirdi. Biz onun üçün darıxacağıq”- deyə bildirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə