32 yaşlı şəxsi qətlə yetirmiş şübhəli həbs edilib

İyunun 26-sı saat 16 radələrində Lənkəran rayonu ərazisində 1990-cı il təvəllüdlü Samir Novruzovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 1975-ci il təvəllüdlü Qulam Səlimovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Samir Novruzova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qulam Səlimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə