Avtomobil aşıb...4 nəfər xəsarət alıb

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə İzmir küçəsində qeydə alınıb.

Belə ki, “AzSamand” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın yol kənarındakı betona çırpılıb.

Zərbənin gücündən nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində avtomobilin üç sərnişini və sürücü xəsarət alıb. Yaralılar 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə