Zaqatalada itkin düşən Hindistan vətəndaşının axtarışları davam edir - FOTO

Zaqatala rayonu ərazisində itkin düşmüş Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Manikanth Kondaveetinin axtarışları Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir.

FHN-dən SİA-ya bildirilib ki, hazırda vətəndaşın itkin düşdüyü ehtimal olunan marşrut üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə bir neçə istiqamətdə axtarış-xilasetmə tədbirləri FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal-qərb Regional Mərkəzinin, Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qüvvələri və yerli əhali tərəfindən həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə