Cəlilabadda mikroavtobus minik maşınları ilə toqquşub

Cəlilabadda fəhlələri daşıyan mikroavtobus minik maşınları ilə toqquşub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki,hadisə rayonun Əhmədli kəndi ərazisində qeydə alınıb.

Tarlada işdən qayıdan fəhlələrin olduğu mikroavtobus iki minik avtomobilinə çırpılıb. Qəza zamanı minik avtomobilinin sürücüləri və mikroavtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan 5-i Cəlilabad mərkəzi rayon xəstəxanasına, 14-ü isə bədənlərinin müxtəlif sınıq diaqnozları ilə Masallı rayon Xəstəxanasına yerləşdiriliblər. Hadisə zamanı ölən olmasa da xəstələrdən bəzilərinin vəziyyətinin ağır olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə