Şübhəli bilinən şəxslər saxlanılıb

Şübhəli bilinən şəxslər saxlanılıb

Goranboy şəhərində 2 nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. SİA xəbər verir ki, 1992-ci il təvəllüdlü S.Ələkbərova və S.Hüseynova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü M.Rəsulov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə