Nəqliyyatda Baş Polis İdarəsinin Yevlax st. Xətt Polis Şöbəsinin (YPX) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində xidməti ərazidə silah-sursat aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, Yevlax XPŞ-nin əməkdaşları Ağdam rayonu ərazisində Bərdə-Köçərli-Təzəkənd mənzilinin yaxınlığında 1 ədəd “AK-74” markalı avtomat, 137 ədəd “5.45” çaplı patron, 35 ədəd “12.7” çaplı pulemyot patronu və 3 ədəd avtomat darağı aşkar edərək götürüblər.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB