Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 8-ci mikrorayon, A.Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğının baş verməsi barədə məlumat daxil olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt RM-nin xilasediciləri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə