İki qardaş özlərinə xəsarət yetiriblər

İki qardaş özlərinə xəsarət yetiriblər

Şəmkir rayonunda iki qardaş kəsici alətlə özünə xəsarət yetiriblər. SİA-nın Qərb bürosunun məlumatına görə, Şəmkir rayon sakini, 1995-ci il təvəllüdlü Q. Həsənov və onun qardaşı 1997-ci il təvəllüdlü S.Həsənov qol nahiyəsindən kəsici alətlə özlərinə xəsarət yetiriblər.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Onların hansı səbəbdən özlərinə xəsarət yetirməsi isə hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə