Oğuzda avtomobil ağaca çırpılıb - FOTOLAR

Oğuzda avtomobil ağaca çırpılıb - FOTOLAR

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Calut kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Məharət Bəşarət oğlu Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Nəticədə 30 yaşlı M.Məmmədov ağır bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə