Minik maşını aşıb, ölənlər var

Minik maşını aşıb, ölənlər var

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə yolun Seyfəli kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Lada Priora" markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və daha sonra yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü, 1998-ci il təvəllüdlü Adilzadə İsmət və onun sərnişini 1997-ci il təvəllüdlü İbadullayev Ayazxan hadisə yerində ölüb. Faktla bağlı araşdıırma aparılır

İlkin məlumata görə İsmət Adilzadə polis əməkdaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə