Rusiya paytaxtında qətl

Moskvanın mərkəzində bir nəfəri güllələnib. SİA rus saytlarının yazdıqlarını əsas kimi gətirərək qətl hadisəsinin sifarişli ola biləcəyii də itisna etmir.

Verilən məlumata görə, qatil qurbanını Komsomolski prospektindəki Seiji restoranında pusquya salıb. Öldürülən kürək və baş nahiyəsindən güllə yarası alıb.

Maraqlıdır ki, şahidlərin dediyinə görə. qətli həyata keçirən qatil daha sonra telefonla qurbanının şəklini də çəkib.

Hazırda öldürülənin və öldürənin şəxsiyyətlərini müəyyənləşdirmək istiqamətində işlər aparılır.

Xatırladaq ki, iyunun 2-də günorta saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvanın cənub-qərbində Cənubi Butovo rayonunda 47 yaşlı kişini həbs ediblər. O. birgə yaşadığı qadını öldürməkdə şübhəli bilinir.

Onun barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə