Bakıda mənzildə qadın meyiti aşkarlanıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Surkova Taisa Savelovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB