Ucarda avtomobil piyadanı vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mayın 27-də saat 22:00 radələrində Ucar rayonunun Qazıqumlaq kəndi ərazisində rayon sakini X.Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında dayanmış Vüsal Məmmədovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş V.Məmmədov mayın 28-də ölüb.
Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB