Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 800 m² olan birmərtəbəli, mansard tipli obyektin (hər birinin sahəsi 400 m², 1-ci mərtəbəsi market, mansardası çayxana) mansardında lambirindən ibarət tavan 225 m² sahədə və taxta konstruksiyadan ibarət vitrin 5 m² sahədə yanıb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB