Qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən Samir Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. SİA-nın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu il fevralın 23-də Xəzər rayonu ərazisində qeydə alınıb.

Belə ki, S.Sadıqov tanışı Sevinc Cəfərovanı qadının yaşadığı evdə qətlə yetirib.

Daha sonra S.Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə