“VAZ-2107” “Mercedes”lə toqquşub...

Fatmayı qəsəbəsində yol qəzası bir nəfərin ölümünə səbəb olub.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Digah-Fatmayı şossesində qeydə alınıb.

“VAZ-2107” markalı avtomobillə “Mercedes” toqquşub. Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü - 1993-cü il təvəllüdlü Səmədov Ramin İlyar oğlu hadisə yerində ölüb. 1998-ci il təvəllüdlü Sadıqzadə Mircəlal Səbuhi oğlu, 2002-ci il təvəllüdlü Salayev Rəşad Novruz oğlu ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...